Məscid Lerik rayonunun Qılqılov kəndində yerləşir.

İbadətgahın tutumu 40 nəfər təşkil edir. Məscid düzbucaqlı formaya malikdir. İbadət evinin divarları ağ rəngdədir. Məscidin ön tərəfində taxtadan üç pəncərə və bir qapı var. İbadətgahın yan tərəfində isə bir cüt taxta pəncərə var. Məscidin damı taxtadandır. İbadət evinin giriş hissəsini yağışdan qorumaq üçün dörd dəmir dirəklər üzərində dam artırılıb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.