Məscid Lerik rayonunun Qələbin kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 70 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və mişar daşından tikilib. Məscidin tavanı taxtadandır, damı isə şifer təbəqə ilə örtülüb. İbadətgahın ön tərəfində taxtadan bir neçə pəncərə və bir qapı var. İbadət evinin giriş hissəsini yağışdan qorumaq üçün mişar daşından altı dirək üzərində dam artırılıb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.