Məscid Lerik rayonunun Əvilə kəndi ərazisində yerləşir.
İbadətgahın tutumu 30 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır. Məscidin tavanı taxtadandır, damı isə şiferlə örtürülüb. İbadətgahın ön tərəfində taxtadan iki, yan tərəflərində isə bir pəncərə yerləşir. Məscidin bir giriş qapısı var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.