Noyabr ayında Böyük Britaniyanın ilk məscidi 132-ci ildönümünü qeyd edəcək. Bu barədə oumma xəbər verib.
Şah Cahan Məscidi 1889-cu ildə Kraliça Viktoriya dövründə Londondan 50 km cənub-qərbdə inşa olunub. İbadətgah 2018-ci ildə əsaslı təmirdən sonra “Müstəsna maraq doğuran binalar” sırasına daxil edilib. Böyük Britaniya tərəfindən rəsmi olaraq tanınan ilk məscid Bukinqem sarayı ilə eyni statusa malikdir. Məscid dinlərarası dialoq vasitəsilə anlaşma, sülh və harmoniyanı təşviq edir.