ABŞ-ın bir qrup islam, xristian və yəhudi dini icma rəhbərləri Ağdam, Şuşa, Gəncə şəhərlərində səfərdə olublar. Bu barədə 28 oktyabr tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) xəbər verib.
ABŞ-ın din xadimləri, həmçinin Azərbaycanın müxtəlif dini ibadətgahlarını ziyarət ediblər. Qonaqlar Azərbaycanda qeyri-islam dini icmalara göstərilən diqqət və qayğını müşahidə etdiklərini söyləyiblər.
Oktyabrın 28-də DQİDK sədri Mübariz Qurbanlı ABŞ-ın din xadimləri ilə görüşüb. Sədr qonaqlara işğaldan azad edilmiş ərazilərdə Ermənistanın vandal əməlləri barədə məlumat verib. O, Azərbaycana məxsus çoxəsrli tarixi-dini abidələrin dağıdılması və Qafqaz Albaniyasına məxsus kilsələrin saxtalaşdırılması faktlarını vurğulayıb.
Bundan əvvəl, 25 oktyabr tarixində, ABŞ-ın din xadimləri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüblər.