27 oktyabr tarixində Ayətullah Baqir Nimrin qardaşı oğlu Əli ən-Nimr azadlığa buraxılıb. Bu barədə shianews xəbər verib.

Əli ən-Nimr hökümət aleyhinə aksiyada iştirak etdiyinə görə 2012-ci ildə ölümə məhkum edilib, lakin dünən sərbəst buraxılıb.

2011-ci ildə Səudiyyə Ərəbistanı ölkə daxilində və xaricdə “Ərəb Baharına meyl göstərənlərə dəmir yumruqla zərbə” adlı qanun qəbul edib. Yeni qanuna əsasən, Ayətullah Baqir Nimr də mühakimə olunub və 2012-ci ildə onun barəsində edam hökmü verilib. 2016-cı ildə isə qərarın gözləmə müddəti bitib və alim edam edilib. Oktyabrın 28-i (rabiul-əvval ayının 21-i) Şeyx Nimrin edamının ildönümüdür.