Çilili rejissor Corc Səid təkallahlı dinlərin ortaq əsasları haqqında sənədli film çəkir. Bu barədə sentyabrın 28-i İQNA xəbər verib.

Rejissorun sözlərinə görə, filmin çəkilişində məqsəd dinlərarası sevgi və xeyirxahlığın nümayiş etdirilməsidir.

Corc, həmçinin bu il İraqın Kərbəla şəhərinə səfər edib. Rejissorun sözlərinə görə, Cənubi Amerikada Kərbəla və İmam Hüseyn haqqında məlumat çox azdır. Bu səbəbdən o, Kərbəlada çəkdiyi kadrları da ictimaiyyətə çatdırmaq fikrində olduğunu bildirib.

Corcun dediyinə əsasən, onun iki il öncə Kərbəla haqqında çəkdiyi film Cənubi Amerikada, xüsusilə Braziliyada müsbət qarşılanıb. “Braziliyalılar şiələri səhv başa düşürdülər, lakin video Ərbəin ziyarəti zamanı İraq şiələrinin səxavətini nümayiş etdirdi”, – deyə rejissor qeyd edib.

Sentyabrın 18-də Azərbaycanda da İmam Hüseynin (ə.s) Ərbəin ziyarətinə aid sənədli filmin təqdimatı olub. Filmin rejissoru Elçin Ağazadə Kərbəlaya səfər edərək izləyicilərə ziyarət haqda məlumat verib.