Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Türkiyənin Diyanət işləri başqanı Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa iki günlük səfər edib. Bu barədə 27 oktyabr tarixində AZƏRTAC xəbər verib.

Qonaqlar Füzuli Hava Limanı ilə tanış olandan sonra Şuşada inşa olunacaq yeni məscidin ərazisinə baxış keçiriblər. Onlar, həmçinin Qazançı kilsəsinin təmir işləri ilə tanış olublar. Daha sonra Şuşanın Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini ziyarət edərək orada namaz qılıb, dualar ediblər.

Şuşada inşa edilən yeni məscidin təməli Prezident İlham Əliyev tərəfindən bu ilin may ayının 12-də qoyulub. Füzuli Hava Limanının açılış mərasimi isə 26 oktyabr tarixində hər iki ölkənin prezidentlərinin və dini liderlərinin iştirakı ilə baş tutub.

Şəkil: AZƏRTAC