Füzulidə oktyabrın 26-sı Allahşükür Paşazadə Türkiyənin Diyanət işləri Başkanı Ali Erbaşla görüşüb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi xəbər verib.
İki ölkənin din nümayəndələri Füzuli aeroportunun açılışında iştirak ediblər. Onlar yenicə inşa edilmiş hava limanının infrastrukturu ilə tanış olublar.
Verilən xəbərə görə, dini liderlərin növbəti səfəri Şuşa şəhərinədir.