Türkiyədə futbol matçı zamanı yerə Quran səhifələri atan dörd şəxs sərbəst buraxılıb. Bu barədə oktyabrın 25-i bilgininefendisi.net xəbər verib.

Hadisəni törətdiklərinə görə saxlanılan dörd nəfərin üçü məhkəmə nəzarəti şərtilə sərbəst buraxılıb, biri isə COVID-19-a yoluxmasına görə karantina alınıb. Həmin şəxs barədə iş onun xəstəxanadan çıxmasından sonra davam edəcək.

Oktyabrın 23-ü Türkiyənin Ordu vilayətində keçirilən futbol matçı zamanı Quran kitabına qarşı hörmətsizlik edilib. Oyunun 52-ci dəqiqəsində kitabın səhifələri “konfetti” fişəngi şəklində meydançaya səpələnib.