Məscid Masallı rayonunun Öncəqala kəndi ərazisində yerləşir. İbadət evi XIX əsrdə yerli ustalar tərəfindən inşa edilib.

Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadət evinin tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Tavan üç sütun üzərində dayanır. İbadətgahın ön tərəfində taxtadan tağvari formada üç pəncərə və iki giriş qapısı var. Qapıların üst hissəsi və pəncərələr şəbəkə ilə işlənib. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün onun önünə səkkiz dəmir dirək üzərində dam artırılıb. İbadətgahda mehrab, beşpilləli minbər və düzbucaqlı günbəz mövcuddur. Günbəz dörd pəncərədən ibarətdir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

Masallı rayonu Öncəqala kənd məscidi Masallı rayonu Öncəqala kənd məscidi Masallı rayonu Öncəqala kənd məscidi Masallı rayonu Öncəqala kənd məscidi Masallı rayonu Öncəqala kənd məscidi Masallı rayonu Öncəqala kənd məscidi Masallı rayonu Öncəqala kənd məscidi Masallı rayonu Öncəqala kənd məscidi Masallı rayonu Öncəqala kənd məscidi