Məscid Lerik rayonunun Nuravud kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 120 nəfər təşkil edir. İbadət evi düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Məscidin tavanı taxtadandır. İbadətgahın ön tərəfində üç plastik pəncərə və bir taxta qapı var. Məscidin damı şifer ilə örtülüb və üzərində azan vermək üçün düzbucaq günbəz mövcuddur. Ayrıca məscidin damında üç tağvari yarımdairəvi dam qurulub.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.