1-31 oktyabr tarixlərində ABŞ-da “Halaloween” adlı qorxu filmlləri festivalı keçirilir. “Halaloween” – “halal” və “halloween” sözlərinin qarışığıdır. Festival Miçiqan Universitetinin Qlobal İslam Araşdırmaları Mərkəzi tərəfindən təşkil olunur.

“Halaloween” oktyabr ayı ərzində dünyanın müxtəlif ölkələrində müsəlmnlar tərəfindən çəkilmiş qorxu filmləri nümayiş etdirir. Platforma izləyicilərə həftə ərzində filmi pulsuz izləmək imkanı yaradır.

Festival 2019-cu ildə Yaxın Şərq Araşdırmaları fakültəsinin dekanı Karla Malettenin müsəlman dünyasında qorxu janrının mövcudluğu haqda sualı ilə başladı. Araşdırma nəticəsində məlum oldu ki, müsəlman ölkələrində belə janr həqiqətən mövcuddur və bu filmlər onları çəkən ölkələrin mədəniyyəti qədər müxtəlifdir. Məsələn, Türkiyə, İran, İndoneziya, Malaziya, Mərakeş və digər ölkələrdə vampirlər, cinlər, fövqəltəbii hadisələr və nadir hallarda zombi haqqında filmlər çəkilir.

21-24 oktyabr tarixlərində ABŞ-nın Viskonsin ştatında Miluoki şəhərində altıncı ənənəvi Müsəlman Filmləri Festivalı keçirilib.