Məscid Zərdab rayonunun Qaravəlli kəndində, Vasif Alxasov küçəsində yerləşir. İbadət evi 1993-cü ildə inşa edilib. İbadətgah Göyüş Aslan oğlu adlı şəxs tərəfindən tikilib.
Məscid düzbucaqlı formadadır. İbadət evinin bir günbəzi və kərpicdən ucaldılmış iki minarəsi var. Minarələrin hündürlüyü 16 metr təşkil edir və onların qübbəsi dəmir təbəqə ilə üzlənib. İbadətgahın iki giriş qapısı və altı pəncərəsi var. Giriş qapıları tərəfdə kiçik eyvan yerləşir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.