Londonda “Sotheby’s” hərrac evi XVI əsrə Səfəvilərə aid edilən, qızılla yazılmış Quranı 27 oktyabr tarixində hərracə çıxaracaq.

Quran hərracda olan mühüm əsərlərdən biridir. Kitab 268 səhifədən, hər səhifə isə 14 sətrdənd ibarətdir. Əlyazma 500 min funt-sterlinqə (milyon manatdan çox) satılacağı gözlənilir.

Verilən məlumta görə, hərrac evi İslam və Hindistan sivilizasiyasına aid çoxlu sayda əsəri satmağa hazırlaşır.

“Sotheby’s” 11 mart 1744-cü ildə Londonda yaradılmışdır və dünyanın ən qədim hərrac evlərindən biri sayılır. Hərrac evi ildə iki dəfə, aprel və oktyabr aylarında İslam dünyası və Hindistanın sənət əsərlərini hərraca çıxarır.

Şəkil: Sotheby’s