Məscid Lerik rayonunun Şonaçola kəndində yerləşir.

İbadətgahın tutumu 60 nəfər təşkil edir. Məscid düzbucaqlı formaya malikdir. İbadətgahın damı şiferdən, divarları isə mişar daşlarındandır. Məscidin tavanı taxtadan, pəncərələri isə plastikdən düzəldilib. İbadət zalı iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınların zalı əsas zaldan pərdə arakəsmə ilə ayrılıb. İbadət evində üçpilləli minbər yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.