Məscid Lerik rayonunun Laman kəndinin ərazisində yerləşir. İbadət evinin bünövrəsi 2019-cu ildə yerli əhali tərəfindən qoyulub və inşası hələdə da davam edir.
Məsciddə eyni anda 90 nəfər ibadət edə bilər. İbadət evi düzbucaqlı formadadır və daşdan tikilib. İbadətgahın damı yaşıl kirəmitlə örtülüb. Məscidin ön tərəfində iki pəncərəsi olan dairəvi formada çıxıntı var. İbadət evinin yan tərəfində azan vermək üçün ayrıca minarə ucaldılıb. Minarə daşdan tikilib, onun üst hissəsi isə kərpicdəndir.
Əvvəllər ibadətgahın yerində köhnə məscid var idi. Lakin köhnə ibadət evi yararsız hala düşdüyündən 2016-cı ildə yerli əhali tərəfindən sökülüb və yerində yeni məscid inşa olunub.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.