Fransada könüllü müsəlman gənclər rəqəmsal ianə tədbiqi tərtib ediblər. Tədbiq Paris şəhərinin yaxınlığında yerləşən “Gennevilliers” məscidində ictimaiyyətə təqdim edilib. Bu barədə Anadolu agentliyi xəbər verib.

Məscidlərə ianə etmək istəyənlər tətbiq vasitəsilə anonim və etibarlı şəkildə bunu edə biləcəklər. Həmçinin tədbiq istifadəçilərə yaxınlıqda yerləşən məscid haqda məlumat verəcək.

Verilən məlumatda bildirilib ki, tədbiq ay yarım ərzində dörd məsciddə sınaqdan keçirilib və müsbət rəylər alıb.