Türkiyədə oktyabrın 23-ü keçirilən futbol matçı zamanı stadiona fişənglə Quran səhifələri atılıb. Bu barədə 24 oktyabr tarixində konkret.az xəbər verib.
Hadisə ölkənin Ordu şəhərində keçirilən “Orduspor 1967” – “Kırıkkale Böyük Anadoluspor” klublarının qarşılaşması zamanı baş verib. Azarkeşlər stadiona atılan “konfetti” fişənglərinə nəzər saldıqda onların Quran ayələri olduğunu görüblər.
Verilən məlumat görə, stadiona polis əməkdaşları gəlib və kağız parçaları yerdən toplanıb. Şəhərin valiliyindən bildirilib ki, hadisə oyunun 52-ci dəqiqəsində baş verib. Baş verənlərdə günahkar bilinən “Forza Fidangör” azarkeş qrupunun lideri və daha üç nəfər saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.
2014-cü ildə İngiltərədə “Middlesbrough” klubunun azarkeşi olan iki qadın Qurana hörmətsizlik ediblər. Məhkəmənin qərarı ilə hər ikisi 1350 funt-sterlinq (təqribən 3200 azn) məbləğində cərimə ediliblər.