24 oktyabr tarixində Bakının Nəsimi rayonunda yerləşən Məşədi Dadaş məscidində İslam Peyğəmbərinin (s) və İmam Sadiqin (ə.s) mövlud gecəsi keçirilib.

Tədbir Quranın tilavəti ilə başlanıb. Məclisdə Hacı Şahin Peyğəmbərə (s) ehtiyac mövzusunda xütbə deyib. Mövlud gecəsində, həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış edib.

Tədbir Kamal Yaşarın “Şəhid atası” adlı kiçik tamaşası ilə sona çatıb.