Gürcüstanda Məhəmməd Peyğəmbər (s) və İmam Sadiqin (ə.s) mövlud günü münasibətilə bayram mərasimi təşkil olunub. Bu barədə İQNA xəbər verib.
Məclisdə tələbələr, atasını itirmiş uşaqlar, onların anaları, din xadimləri və inanclı şəxslər iştirak edib. Tədbirdə Məşədi Vidadinin Quranı tilavətindən sonra Hacı Ramin İgidov, Gürcüstan Ruhaniləri Heyətinin üzvü Hacı Namiq Hüseynov və məscidin axundu Məşədi Rasim çıxış ediblər.
Şəkil: İQNA.ir