Oktyabrın 25-i hüquq mühafizə orqanları tərəfindən ruhani Hacı Əhliman Rüstəmovun evində axtarış keçirilib. Nəticədə din xadimi həbs edilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Keçirilən əməliyyatın səbəbi dəqiq məlum deyil.

Hacı Əhliman Rüstəm Bakının Hacı Cavad məscidinin keçmiş axundu və ölkənin nüfuzlu din xadimi sayılır.

Oktyabrın 19-dan bəri ölkədə bəzi din xadimləri DTX tərəfindən saxlanılıb. Həmçinin bir sıra dini saytlar bağlanıb. İlahiyyatçı Sərdar Babayev isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 ay müddətində həbs edilib.