25 oktyabr tarixində Allahşükür Paşazadə Amerikanın Los-Anceles şəhərindən olan bir qrup dini icma rəhbəri ilə görüş keçirib. Bu barədə Azərtac xəbər verib.

Paşazadə qonaqlara tolerant mühit haqda danışaraq, Azərbaycanın həyat tərzi olan multikulturalizm barədə məlumat verib. Lakin ermənilər müharibənin əsas mahiyyəti gizlədərək onu xristian-müsəlman münaqişəsi kimi təqdim etmək istəyirlər.

Allahşükür Paşazadə işğaldan azad olunan torpaqlarda ermənilərin törətdiyi vandalizm aktlarını qeyd edib: “Qəbirləri qazıb, insanların sümüklərini çıxarıblar və məscidləri tövlə kimi istifadə ediblər”. Şeyxülislam  əlavə edib ki, indi bu torpaqlar işğaldan azad edilib və orada yenidənqurma işləri aparılır.

Şəkil: AZƏRTAC