Məscid Lerik rayonunun Ordahal kəndi ərazisində yerləşir.

İbadət evinin tutumu 60 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır. İbadət evinin damı şiferlə örtülüb, tavanı isə taxtadandır. İbadətgahın ön tərəfində taxtadan altı pəncərə və bir qapı var. Qapının üstündə yağışdan qorumaq üçün beş taxta dirək üzərində dam qurulub.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.