Hişam ibn Salim dedi: “Elə ki hava qaralırdı və axşamdan bir az keçirdi İmam Sadiq (ə.s) içərisində çörək, ət və dirhəm olan bir dağarcıq götürüb çiyninə qoyaraq Mədinənin möhtac adamlarına aparar və onları həmin adamların arasında bölərdi. Onlar o Həzrəti tanımırdılar. İmam Sadiq vəfat edəndən sonra həmin köməklər kəsildi və Mədinənin yoxsulları başa düşdülər ki, həmin şəxs imam Sadiq (ə.s) olub”.

(əl-Kafi, c.4, səh.8, hədis1)