Bugün, oktyabrın 23-ü Bakının Təzəpir məscidinin axundu Mir Cəfər Əyyubov saxlanılıb. Saxlanılmanın səbəbi dəqiq məlum deyil. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Hal-hazırda Hacı Mir Cəfərin DTX-ın inzibati binasında dindirildiyi bildirilir. Konkret.az-ın verdiyi məlumata görə, bugün din xadimi Hacı Vasif Nəftullayev də hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. İlkin məlumata əsasən, o, dövlətə xəyanətdə təqsirli bilinir.
Bundan əvvəl oktyabrın 19-u ilahiyyatçı Sərdar Babayev 4 ay müddətində həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.
17:44
Verilən məlumata görə, Hacı Vasif Nəftullayev sərbəst buraxılıb.
18:46
Bir neçə saat ifadə verdikdən sonra Mir Cəfər Əyyubov sərbəst buraxılıb.