Məscid Masallı rayonunun Tatyanoba kəndinin ərazisində yerləşir. İbadət evi XIX əsrdə inşa edilib. İbadətgahın hörmə və xarratlıq işləri yerli ustalar tərəfindən görülüb.

Məscid düzbucaqlı formadadır. İbadət evinin tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Tavan üç dairəvi sütun üzərində dayanır. Məscidin ön tərəfində açıqşəkilli eyvan yerləşir. İbadətgahın taxtadan tağvari formada iki giriş qapısı və altı pəncərəsi var. Pəncərələrin və qapıların üst hissəsi şəbəkə ilə işlənib. Məscid iki ibadət zalından ibarətdir: kişilər və qadınlar şöbəsi. Hər iki zala giriş ayrıdır. İbadət evinin mehrabı və dördpilləli minbəri var. İbadətgahın günbəzi düzbucaqlıdır, onun üst hissəsi piramida şəklindədir və üstündə aypara rəmzi quraşdırılıb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.