Məscid Lerik rayonunun Hamarmeşə kəndində yerləşir. İbadət evi yerli ustalar tərəfindən inşa olunub.

İbadətgah düzbucaqlı formadadır. Məscidin divarları mişar daşından hörülüb. İbadət evinin ön tərəfində tağvari formada bir çüt pəncərə, yan tərəfində isə iki cüt pəncərə var. Məscidin ön hissəsində mişar daşlarından dairəvi tağ yerləşir. Həmin tağvari hissədə də iki taxta pəncərə var. İbadət evinin damı qırmızı dəmir təbəqə ilə örtülüb və orada azan vermək üçün kvadrat formalı günbəz var. İbadətgəhın daxilində üçpilləli minbər var. Məscidin zalı pərdə arakəsm ilə iki hissəyə bölünüb: kişilər və qadınlar zalına.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

Lerik rayonu Hamarmeşə kənd məscidi Lerik rayonu Hamarmeşə kənd məscidi Lerik rayonu Hamarmeşə kənd məscidi Lerik rayonu Hamarmeşə kənd məscidi Lerik rayonu Hamarmeşə kənd məscidi Lerik rayonu Hamarmeşə kənd məscidi Lerik rayonu Hamarmeşə kənd məscidi Lerik rayonu Hamarmeşə kənd məscidi