Sabah, oktyabr ayının 24-dü Məhəmməd Peyğəmbərin (s) mövludu ilə əlaqədar Məşədi Dadaş məscidində onlayn tədbir keçiriləcək. Bu barədə ilahiyyatçı Hacı Şahin öz instagram səhifəsində paylaşım edib.

Verilən məlumata görə, məclis saat 20:30-da başlanacaq.

Peyğəmbərin (s) mövludunun tarixi ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəzi rəvayətlərə görə, Həzrətin mövludu rabiul-əvvəl ayının 12-i (oktyabrın 19-u), bəzi rəvayətlərə görə isə 17-dir. Ayətullah Ruhullah Xomeyni 1981-ci ildə Peyğəmbərin mövludunu müsəlmanların birliyi naminə olaraq rabiul-əvvəl ayının 12-dən 17-dək qeyd etməyə səsləyib. O bunu “Vəhdət həftəsi” olaraq adlandırıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Hacı Şahin Həsənli (@hacishahinhesenli)