Oktyabrın 22-si axşam saatlarından etibarən Azərbaycanda bir sıra İslam dini saytları bağlanıb. Saytların bağlanma səbəbi dəqiq məlum olmasa da, sosial şəbəkələrdə onların DTX tərəfindən bağlandığı bildirilir.

Hal-hazırda deyerler.az, maide, ahlibeyt, shia və islaminsesi  portallarına daxil olmaq mümkün deyil.

Oktyabrın 19-u ölkədə bəzi din xadimləri, deyerler.org və maide.az saytının baş redaktorları DTX tərəfindən saxlanılıb. Deyerler.org-un baş redaktoru Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb, maide.az saytının rəhbəri, ilahiyyatçı Sərdar Babayev isə 4 ay müddətində həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.