Sabah, oktyabr ayının 23-dən İran Azərbaycanla quru sərhədlərini açır. Bu barədə İranın turizm naziri İzzətullah Zərğami bildirib.

Məlumata əsasən, İran, həmçinin İraq, Türkiyə, Əfqanıstan, Pakistan və Ermənistanla da quru sərhədlərini açacaq.

Quru sərhədlər ilə İrana gedib-gələnlər peyvənd pasportu və PCR testinin neqativ cavabını təqdim etməlidirlər.

Azərbaycan-İran sərhədi bölgədə yayılan koronavirusa görə 2020-ci ildən bəri bağlıdır. Sentyabr ayında İranın prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında quru sərhədlərdə turistlərin gediş-gəlişi üçün lazimi infrastrukturun yaradılmasına göstəriş verib.