Məscid Lerik rayonunun Zenoni kəndində yerləşir. İbadətgah 1937-ci ildə yerli sakinlərin şəxsi vəsaiti hesabına inşa olunub.

İbadət evi düzbucaqlı formadadır. İbadətgahın divarları mişar daşından yerli ustalar tərəfindən hörülüb. Məscidin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. İbadət evinin tağvari formada ön tərəfdə beş, yan tərəfdə isə bir cüt pəncərəsi var.  Məscidin ön tərəfində iki giriş qapısı var. İbadətgahın damında azan vermək üçün günbəz yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.