Məscid Lerik rayonunun Zərigümaco kəndi ərazisində yerləşir.
İbadətgah düzbucaqlı formadadır. İbadət evinin tavanı taxtadan, dam örtüyü isə yaşıl kirəmitdəndir. Tavan iki sütun üzərində dayanır. İbadətgahın taxtadan düzbucaq formada iki giriş qapısı və doqquz pəncərəsi var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün dörd dirək üzərində dam artırılıb. İbadət evinin mehrabı və minbəri yoxdur. İbadətgahın damında azan vermək üçün düzbucaqlı günbəz var. Günbəz kirəmitlə işlənib.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.