Məscid Lerik rayonunun Küman kəndi ərazisində yerləşir.
İbadət evinin tutumu 80 nəfər təşkil edir. İbadətgah oval formaya malikdir və divarları qırmızı kərpicdən yerli ustalar tərəfindən hörülüb. Məscidin sağ və sol tərəflərində eyni ölçüdə iki ağ plastik pəncərə yerləşir. İbadət evinin bir giriş qapısı var. İbadətgahın damında oval, yaşıl rəngli dəmir təbəqə ilə örtülmüş günbəz var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.