Məscid Lerik rayonunun Kəlvəz kəndi ərazisində yerləşir.

İbadətgahın tutumu 60 nəfər təşkil edir. Məscid iki hissədət ibarətdir: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi əsas zaldan pərdə arakəsmə ilə ayrılıb və oraya giriş ayrı qapıdandır. İbadət evinin tavanı taxtadandır, damı isə şiferdəndir. Məscidin ön tərəfində dörd plastik pəncərə və bir iki qapı var. İbadətgahın yan tərəfində isə iki pəncərə mövcuddur.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.