Kərbəladakı İmam Hüseynin (ə.s) müqəddəs hərəmində Məhəmməd Peyğəmbərin (s) mövludu bayramına hazırlıq işləri görülür.

Həzrəti Məhəmməd (s) miladi təqvimi ilə 570-ci ildə Məkkə şəhərində dünyaya gəlib. Bəzi rəvayətlərə görə, Peyğəmbər rabiul-əvvəl ayının 12-də, bəzi rəvayətlərə görə isə 17-də anadan olub. Ayətullah Ruhullah Xomeyni 1981-ci ildə Peyğəmbərin mövludunu müsəlmanların birliyi naminə rabiul-əvvəl ayının 12-dən 17-dək qeyd etməyə səsləyib. O bunu “Vəhdət həftəsi” olaraq adlandırıb.