Bu ilin ən nüfuzlu müsəlman adamı BioNTech şirkətinin baş direktoru Uğur Şahin və Tanzaniya prezidenti Samiyə Suluhu Həsən seçilib. Bu haqda “Muslim 500” jurnalının 2022-ci ilinin nəşrində dərc olunub.
Uğur Şahin COVID-19 əleyhinə olan əsas peyvəndlərdən birini hazırlayan BioNTech şirkətinin baş direktorudur. 2021-ci ilin iyul ayına kimi Pfizer və BioNTech peyvəndinin bir milyard dozası paylanılıb, bir neçə milyard doza isə sifariş olunub.
Samiyə Suluhu Həsən 19 mart 2021-ci ildə Tanzaniyanın ilk qadın prezidenti seçilib. Bununla da o, Afrikada ikinci qadın prezident sayılır. Tanzaniyanın əvvəlki prezidenti Con Muqufuli 2015-ci ilin prezident seçkilərində qalib gəlib və vitse-prezident vəzifəsinə Samiyə Suluhunu seçib. 2020-ci ilin seçkilərində Con Muqufuli və Samiya Suluhu yenidən qalib gəliblər. Bu ilin mart ayında isə prezident vəfat edib. Konstitusiyaya əsasən onun vəzifəsini Samiya Suluhu tutub.
Dünyanın 500 nüfuzlu müsəlmanı siyahısına Ayətullah Xamenei (3-ci yer) Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan (4-cü yer) və Ayətullah Sistani (9-cu yer) də daxil edilib.
İordaniyanın Kral İslam Strateji Araşdırmalar Mərkəzi 2009-cu ildən bəri hər il dünyanın ən nüfuzlu 500 müsəlmanının siyahısını nəşr edir.