Fransada keçirilən sərgiyə Kərbəla hadisələrini təsvir edən rəsmlər çıxarılıb. Bu barədə oktyabrın 20-si Fransanın “La voix du nord” qazetinə istinadən shiawaves xəbər verib.

“Ərəb qəhrəmanlarının şəkilləri” adlı sərgidə Peyğəmbərin (s) və İmam Əlinin (ə.s) təsvirləri də yer alıb. Qeyd edilib ki, Peyğəmbər (s) və onun ailəsinin (ə.s) üzləri parlaq bir nur kimi əks olunub.

Verilən məlumata görə, sərgi 2022-ci ilin yanvar ayının 9-dək davam edəcək.