Bugün, oktyabrın 21-i maide.az saytının rəhbəri, ilahiyyatçı Sərdar Babayev həbs edilib. Bu barədə qafqazinfo xəbər verib.
Din xadimi Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib. Məhkəmənin qərarı ilə Sərdar Babayevə dörd ay həbs verilib.
2017-ci ildə din xadimi Sərdar Babayev dini təbliğat tələblərini pozduğuna görə 3 il müddətində azadlıqdan məhrum edilib. 2020-ci ilin fevral ayında isə azadlığa buraxılıb.