Oktyabr ayının 20-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sədri Şüyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfəri Serjan Abdıkarimov ilə görüşüb. Bu barədə QMİ xəbər verib.

Görüşdə Allahşükür Paşazadə iki ölkə arasında dostluq əlaqələrini vurğulayıb. Daha sonra regionlarda mühüm hadisələr və dinlərarası əməkdaşlıq məsələləri müzakirə olunub. Paşazadə qeyd edib ki, din sahəsində dövlət səviyyəsində olan qlobal təşəbbüslərin böyük əhəmiyyəti var. O, dini liderlərin əməkdaşlığının vacib olduğunu vurğulayıb.

Əbdıkarimov öz növbəsində cəmiyyətin Allahşükür Paşazadə kimi nüfuzlu dini ağsaqqallara ehtiyac duyduğunu söylədi. Səfir Paşazadənin Dünya və Ənənəvi Dinlərin Liderləri Qurultayının XIX sessiyasında iştirakını, eləcə də dəyərli fikirlərini yüksək qiymətləndirdi.

Bundan əvvəl Allahşükür Paşazadə Qazaxıstan səfiri ilə 1 sentyabr tarixində görüşüb.

Serjan Abdıkarimov 30 sentyabr 2019-cu ildən Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.