Məscid Lerik rayonunun Dizdəpok kəndində yerləşir. İbadətgah 1989-cu ildə kənd sakinlərinin köməyi ilə inşa olunub.
Məscidin divarları mişar daşları ilə hörülüb. İbadət evinin tavanı taxtadandır, damı isə dəmir təbəqə ilə örtülüb. Məscidin göy rəngdə dörd pəncərəsi var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensikopediyası. Bakı-2020.