Məscid Lerik rayonunun Dəstər kəndi ərazisində yerləşir. İbadətgah 1985-ci ildə yerli sakinlər tərəfindən inşa edilib.

İbadət evinin tutumu 35 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadətgahın damı dəmir təbəqə ilə örtülüb və onun üzərində dəmirdən azan vermək üçün dörbucaq formada günbəz var. İbadət evinin ön tərəfində ağ rəngdə taxtadan dörd, yan tərəflərində isə iki pəncərə yerləşir. Məscidin ön tərəfində ağ rəngdə iki taxta qapı mövcuddur.

İbadətgahın üçpilləli taxta minbəri var. İbadət zalı pərdə arakəsmə ilə iki hissəyə ayrılıb: kişilər və qadınlar zalına.

İbadətgahda 2015-ci ildə kənd camaatının şəxsi vəsaiti hesabına təmir-bərpa işləri aparılıb.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.