Məscid Lerik rayonunun Andurma kəndində, dağlıq ərazidə yerləşir.

İbadətgahın tutumu 98 nəfər təşkil edir. Məscidin divarları kərpicdən hörülüb. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. Məscidin ön tərəfində bir giriş qapısı və iki göy rəngli taxta pəncərəsi var. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar zalı. Bu iki zal taxta arkəsmə ilə ayrılır. İbadət zalının döşəməsi və divarları xalçalarla bəzədilib. Məscidin ikipilləli minbəri var.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.