Hindistanın Dongri şəhərində Kərbəla şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün anım qapısı ucaldılıb. Bu barədə the times of india xəbər verib.

Qapı səkkiz ay ərzində inşa olunub və hündürlüyü 8 metr, eni isə 10 metr təşkil edir. Qapının tikintisində taxta sütunlar, panellər, qiymətli daşlar, incilər və İtalyan mərməri istifadə olunub. Əza mərasimləri zamanı bu bölgənin yas yerinə çevriləcəyi və yüzlərlə şiə müsəlmanın bura gələcəyi gözlənilir.