Misirdəki əl-Əzhər vəqfi Məhəmməd Peyğəmbərin (s) mövludunun ildönümü münasibətilə 20 ilə hazırlanmış Quran nüsxəsini ictimayyətə təqdim edib. Bu barədə vəqfin facebook hesabında məlumat yayılıb.

Sözügedən nüsxə İlhanilər və Məmlük dövrlərinə aid Quran əlyazmalarından ilhamlanaraq həndəsi naxışlarla bəzədilib. Quran keçmiş Misir krallarından biri olan Əhməd Fuadın xətti ilə yazılıb. Kralın xətti xüsusi proqram vasitəsilə bərpa olunub. Kitabın hazırlanmasında qızıldan istifadə edilib. Qızılın və bəzəklərin parlaqlığının uzun müddət qalması üçün kitabın kağızları təmiz pambıqdan, üzlüyü isə inək dərisindən hazırlanıb.

Bundan əvvəl Dubaydakı EXPO-2020 sərgisində ən böyük Quran nüsxəsi nümayiş etdirilib.