Məscid Lerik rayonunun Təngəbin kəndi ərazisində yerləşir.

İbadət evinin tutumu 50 nəfər təşkil edir. Məscidin divarları mişar daşları ilə hörülüb, tavanı isə ağacdandır. İbadət evinin dam örtüyü şiferdəndir. Məscidin ön tərəfində taxtadan iki pəncərə və bir qapı var. İbadətgahın damında azan vermək üçün kvadrat günbəz yerləşir.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.