Məscid Lerik rayonunun Rvarud kəndində yerləşir. İbadətgahın bünövrəsi 1975-ci ildə qoyulub. İbadət evi kənd sakini Kərbəlayı Mirzəhüseyn Məmi oğlunun təşəbbüsü ilə tikilib.

Məscidin ibadə zalında dörd plastik pəncərə və bir giriş qapısı var. İbadət evinin daxili divarları xalçalarla və üzərində Quran ayəli olan parçalarla bəzədilib. İbadətgahın damı yaşıl şiferlə örtülüb. Məscidin minarəsi, günbəzi, mehrabı və minbəri yoxdur.

İbadətgah 2016-cı ildə xeyriyyəçi Hacı Xanəhməd Salayevin maddi köməyi və təşəbbüsü ilə təmir olunub.

Mənbə:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensikopediyası. Bakı-2020.