Məscid Lerik rayonunun Mastail kəndi ərazisində yerləşir.
İbadətgahın tutumu 100 nəfər təşkil edir. İbadət evi mişar daşlarından tikilib. Məscidin tavanı taxtadandır, damı isə şiferdəndir. İbadətgahın damında azan vermək üçün kvadrat günbəz var.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.