Məscid Lerik rayonunun Anzolu kəndində, dağlıq ərazidə yerləşir.

İbadət evində eyni anda 30 nəfər ibadət edə bilər. Məscid düzbucaq formadadır və divarları daşdan hörülüb. İbadətgahın damı dəmirdəndir. İbadət evinin ön tərəfində göy rəngdə beş taxta pəncərə, yan tərəfində isə bir giriş qapısı var. Məscidin ibadət zalı pərdə arakəsmə ilə iki hissəyə ayrılıb: kişilər və qadınlar zalı.

Mənbə: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.