Amerikalı milyarder Bill Geytsin qızı Cenifer müsəlman ilə ailə həyatı qurub. Bu barədə oktyabrın 18-i islamnews xəbər verib.
Biznesmenin böyük qızı Cenifer əslən misirli olan Nayel Nassar adlı amerikalıya ərə gedib. Verilən məlumata görə, toy iki gün davam edib. İlk məclisin oktyabrın 15-i, İslam qaydalarına uyğun keçirildiyi qeyd olunub. Ümumi toy mərasimi isə həmin günün səhərisi Ceniferin atasından hədiyyə aldığı cıdır düzündə təşkil olunub.
Toyda 300 nəfərin iştirak etdiyi və tədbirin təşkilinə 2 milyon dollar xərcləndiyi bildirilib.
Nayel Nassar Amerikanın Çikaqo şəhərində dünyaya gəlsə də Küveytdə böyüyüb. 30 yaşlı Nayel ABŞ-ın Stenford universitetini bitirib və hazırda peşəkar atçılıqla məşğuldur. O, 2020-ci ildə Yay Olimpiya Oyunlarında Misiri təmsil edib.